İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qalmaqal yaradan müğənni küçədən zibil yığır — VİDEO

1707 11.06.2026 02:14 Şou-biznes A A

Türkiyəli tanınmış müğənni Çelik sosial məsuliyyət addımı ilə yenidən gündəmə gəlib.

Sənətçi bu dəfə Samsunun İlkadım rayonunda küçələrdə tullantı kağız toplayaraq dolanışığını təmin edən Serpil adlı qadına dəstək olmaq üçün fərqli bir təşəbbüs həyata keçirib. Məlumata görə, Çelik kimliyini bir müddət gizlədərək həmin qadınla birlikdə kağız toplayıb və onun gündəlik qazancına yardım edib.

Samsun şəhərində baş verən bu hadisə ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Müğənninin bu jesti sosial mediada da geniş müzakirə olunub və humanitar addım kimi dəyərləndirilib.

Qeyd edək ki, Çelik son illərdə xeyriyyəçilik fəaliyyəti ilə tez-tez gündəmə gəlir. O, daha əvvəl konsert gəlirlərindən istifadə edərək aztəminatlı insanların market borclarını ödəməsi ilə də tanınmışdı.//Demokrat.az


 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR