İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda məktəbdə daha bir OLAY: İkinci sinif şagirdinin GÖZÜNÜ... - FOTOLAR

1374 26.11.2023 21:53 Hadisə A A

Bakıda 90 nömrəli tam orta məktəbdə şagirdin döyülməsi ilə bağlı məlumat yayılıb.

Məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 07.11.2023-cü il tarixində məktəbin 2F sinfinin iki şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) qaçarkən toqquşub.

Məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.

Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.

Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib.

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı jurnalist İntiqam Valehoğlu sosial şəbəkə hesabında paylaşıb.

***

Bakıda orta məktəbdə şagird vəhşicəsinə döyülüb.

Bu barədə jurnalist İntiqam Əliyev feysbuk hesabında paylaşım edib.

Paylaşımı olduğu kimi təqdim edirik:

"Ramanadakı 90 nömrəli orta məktəbdə ikinci sinif şagirdini (Məmmədzadə Təranə) bu vəziyyətə qoyublar. Direktor Svetlana Nəbiyeva uşağın valideyni ilə "anlaşmağa" çalışır. Sabah bu barədə geniş reportajım olacaq", - deyə o qeyd edib.//News24.az


 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR