İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda keçmiş məhkum “Makarov” markalı tapança ilə saxlanılıb

475 31.01.2023 16:26 Kriminal A A

Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Fuad Abdulov tutularaq polis bölməsinə gətirilib.

DİN-dən Musavat.com-a verilən məlumata görə, onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 3 ədəd patron və daraq aşkar olunaraq götürülüb. Fuad Abdulov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək üzərində gəzdirdiyini bildirib.

9-ci polis bölməsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam edirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR