İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda keçmiş məhkum bank yarmaq istədi - ANBAAN VİDEO

1187 19.03.2024 13:27 Kriminal A A

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb.

Musavat.com DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.

Ötən gecə xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə çevik reaksiya göstərilib. Bankın qapısını əlində olan dəmir alətlə qırmağa çalışan əvvəllər dəfələrlə məhkum edilmiş paytaxt sakini İbrahimov Zaur saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilib. Araşdırmalar davam etdirilir. Saxlanılan şəxsin paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdiriıir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR