İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda keçirilən möhtəşəm festival necə yadda qalacaq? - Paytaxt sakinlərindən MARAQLI CAVABLAR VİDEOSORĞU

627 27.05.2022 19:27 Gündəm A A

Xəbər verdiyimiz kimi, mayın 26-dan Bakıda “TEKNOFEST Azərbaycan” festivalı start götürüb.

“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən başlayaraq hər il keçirilir. Türkiyədən kənarda ilk “TEKNOFEST” Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində təşkil olunub.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının təşkilatçıları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir.

“TEKNOFEST”-də bir çox müasir texnologiyalar nümayiş etdirilir və müxtəlif şoular göstərilir. Həmin şoulardan biri də Türkiyə Şahinlərinin, yəni qırıcı təyyarə və helikopter pilotlarının Bakı səmasında qırıcılarla göstərdiyi şoudur.

Bəs paytaxt sakinləri bu festival barədə nə düşünürlər? Onlar sevinir, qürurlanır və ümidlənirlərmi? Ümumiyyətlə həm şou həm də “TEKNOFEST” barədə düşüncələri nələrdir?

Mövzu ilə bağlı “Tv Musavat”-ın əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib, onların fikirlərini öyrənməyə çalışıb.

Anar Əhməd,
Nərminə Aydın,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR