İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda iki sürücü tıxacdan “xilas olmaq” üçün piyadaların həyatını təhlükəyə atdı - VİDEO

624 25.11.2023 20:18 Hadisə A A

Bakıda iki sürücü tıxacdan "xilas olmaq" üçün avtomobillərini səkinin üzərində hərəkət etdiriblər.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Video Binəqədi yolunda qeydə alınıb.

Belə ki, tıxac səbəbindən əvvəlcə 90-AU-070 dövlət nömrə nişanlı "Toyota RAV4" markalı, daha sonra isə 10-AZ-485 dövlət nömrə nişanlı "Lexus 570" markalı avtomobil səkinin üzərində hərəkət ediblər.

Sürücülərin bu məsuliyyətsizliyi piyadalar üçün təhlükəli anlara səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR