İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda dəniz limanında işçini avtokar vuraraq öldürüb

741 15.03.2024 01:12 Hadisə A A

Paytaxtın Suraxanı rayonunda limanda ehtiyatsızlıq bir nəfərin ölümünə səbəb olub.

APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında işləyən 1994-cü il təvəllüdlü Zaur Məhərrəm oğlu Tağıyevi ehtiyatsızlıqdan avtokar vurub.

Gənc oğlan aldığı xəsarətlərdən travmatik şok keçirib.

O, xəstəxanaya çatdırılarkən yolda vəfat edib.

Faktı Suraxanı Rayon Prokurorluğunun əməkdaşları araşdırırlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR