İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda dəhşətli yanğın - VİDEO, YENİLƏNİB FOTO

2727 01.01.2024 18:10 Hadisə A A

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Musavat.com-un xəbərinə görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

Yeni ilin ilk günü Bakı şəhərində yanğın hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, saat 17.20 radələrində paytaxtın Xətai rayonu ərazisində, “Neapol” dairəsinə yaxın ünvandakı 9 mərtəbəli binanın 7-ci qatında başlayan yanğın hazırda davam edir.

Əraziyə yanğınsöndürən maşınlar operativ şəkildə yetişsələr də, ticarət və iaşə obyektlərinin olması səbəbindən yanğına müdaxilə etmək hələlik mümkünsüzdür. Yanğının hansı səbəbdən baş verdiyi və mənzildə kiminsə olub-olmadığını müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR