İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda dəhşətli qəzalar: Piyadaların vurulma görüntüləri - ANBAAN VİDEO

1810 09.05.2022 16:51 Hadisə A A

Bu ilin üç ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 403 yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com “avtosfer.az”a istinadən xəbər verir ki, paytaxtda son üç ay ərzində 89 piyadavurma hadisəsi baş verib, 38 nəfər ölüb, 59 nəfər yaralanıb. Ötən illə müqayisədə piyadavurma hadisələrinin sayı artıb.

Yol polisi bir daha xəbərdarlıq edir ki, istər sürücü, istərsə də piyadaların səhvi ucbatından yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur:

“Piyadalara tövsiyə edirik ki, yolu keçərkən diqqətli olsunlar və yol-hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər”.

Bakıda dəhşətli qəzaların real görüntülərini təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR