İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda əkilən gül zəhərlidir? VİDEO

338 05.08.2024 02:39 Ölkə A A

Bəzi insanlar Bakının yaşıllaşmasında geniş istifadə edilən və "söyüd gülü" kimi tanınan oleandrın zəhərli olduğunu bildiriblər.

Xezerxeber.az-ın məlumatına görə, həmin gülün yarpaqları söyüd ağacına bənzəyir. İstiyə, soyuğa, susuzluğa dözümlüdür. Elə bu xüsusiyyətlərinə görə də yaşıllaşdırmada geniş istifadə olunur.

Bioloq Həsən Babayev bildirib ki, bu güllər Bakıya məqsədli şəkildə gətirilib.

Alimin sözlərinə görə, dünyada, o cümlədən Azərbaycanda hələ bu güldən ölən olmayıb.

Zəhərlənmə ilə bağlı Həsən Babayev bildirib ki, hər bir bitkinin tərkibində zərərli və zəhərli birləşmələr var. Oleandrda onlardan biridir.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələri yaşıllaşdırmada oleandr bitkisindən geniş istifadə edirlər.

Ətraflı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR