İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

371 15.12.2022 19:23 İdman A A

Dekabrın 16-da Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Çövkən Milli Atüstü oyunu üzrə Prezident Kubokuna start veriləcək.

Federasiyadan verilən məlumata görə, 5 komandanın iştirakı ilə təşkil olunacaq turnirdə ümumilikdə 12 oyun keçiriləcək.

Püşkün nəticələrinə əsasən, qrupda komandaların yerləşməsi və gündəlik oyun cədvəli bəlli olub. Turnirin təntənəli açılış mərasimində musiqili proqram və iştirakçıların atla paradı keçirilib.

İlk oyun günündə "Sərhədçi-Dilbaz" komandası ilə "Polad" qarşılaşacaq. Günün digər matçında isə “Sərhədçi-Qarabağ” “Buta Qolden”i sınağa çəkəcək.

Qeyd edək ki, turnir dekabrın 16, 17, 18, 20 və 22-də qrup oyunları, 24-də isə final mərhələsi ilə davam edəcək. Bütün görüşlər Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR