İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda casusluqda ittiham olunan Fransa vətəndaşının həbs müddəti uzadıldı

591 05.04.2024 19:31 Ölkə A A

Bakıda casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Ryanın barəsində həbs qətimkan müddətinin uzadılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin vəsatətinə baxılıb.

Musavat.com Trend-ə istinadən bildirir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib və Martin Ryanın barəsində həbs müddəti daha 4 ay uzadılıb.

Qeyd edək ki, Martin Ryan ötən il dekabrın 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Bakıda saxlanıb.

Cinayət işi üzrə aparılan araşdırmalar nəticəsində Fransa Səfirliyinin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan və "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə "persona-non-grata" (arzuolunmaz şəxs) elan olunaraq ölkəni tərk edib. İş üzrə Fransa kəşfiyyatının geniş casus şəbəkəsi, o cümlədən mötəbər beynəlxalq təşkilatlara nüfuz etdirilmiş nümayəndələri ifşa olunub.

Fransa xüsusi xidmət orqanlarına qarşı qalmaqalı böyüyən işlə bağlı bir neçə gün əvvəl "France Presse" agentliyinə açıqlama verən Martin Ryanın atası Riçard Ryan baş verənlərdə Fransa Kəşfiyyatını günahlandırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR