İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda bir mənzili bir neçə nəfərə satan şirkət rəhbərinin məhkəməsi başlayır

1431 12.04.2022 11:59 Kriminal A A


Bakıda bir mənzili bir neçə nəfərə satan şirkət rəhbərinin məhkəməsi başlayır

Bakıda dələduzluqda ittiham olunan "Meqa-Siti Holdinq” MMC-in təsisçisi Fariz Nuriyevin barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

İş üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb.

Qeyd edək ki, Fariz Nuriyev barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.

İttihama görə, Fariz Nuriyev şirkətin inşa edilən yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR