İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda bayram günü kafedə iki nəfəri öldürən şəxs əvvəlcə anasını döyübmüş - VİDEO

1179 01.01.2024 23:43 Kriminal A A

Bakıda Yeni il gecəsi kafedə bayram süfrəsi arxasında əyləşən tanışların mübahisəsi dəhşətli cinayətlə bitib.

Kafenin icarədarının oğlu kababçını və müştərini qətlə yetirməktə şübhəli bilinir.

Hadisə ötən gün saat 23 radələrində paytaxtın Binəqədi rayonun, Biləcəri qəsəbəsində, dəmiryolu stansiyası yaxınlığındakı kafedə baş verib.

Binəqədi Rayon Prokurorluğunun məlumatına əsasən, 22 yaşlı Arif Bəhərçiyevin qeyd olunan ünvanda mübahisə zamanı 55 yaşlı Namiq Orucovu və 42 yaşlı Ramil Səfərovu bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Kafenin nəzarətçisi Dilsuz Umudov bildirib ki, qətli törətməkdə şübhəli bilinən Arif Bəhərçiyevin atası və anası həmin kafeni işlədirmiş. İlkin məlumata görə, Arif əvvəlcə anasını döyüb, daha sonra isə mətbəx bıçağı ilə kababçını və onları ayırmağa çalışan Ramil Səfərovu qətlə yetirib.

Göygöl rayonundan olan Ramil Səfərovun anası isə bildirib ki, oğlu axşam onlarla bərabər olub. Daha sonra isə onu həmin kafedə işləyən bir nəfər zəng edərək oraya çağırıb. Təxminən 20 dəqiqə sonra isə oğlunun öldürüldüyü xəbərini alıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aysel Həsənova bildirib ki, şübhəli şəxs artıq saxlanılıb.

Qeyd edək ki, Bəhərçiyevlər ailəsi həmin kafeni bir müddət bundan əvvəl icarəyə götürüblər.

Ətraflı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR