İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ata 13 yaşlı oğlunu və xəstə arvadını döydü

519 29.12.2022 20:01 Hadisə A A

Bakıda 13 yaşlı oğlan ögey atası tərəfindən döyülüb.

Musavat.com Lent.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Bu barədə uşaq özü Binəqədi Rayon İcra Hakimiyyətinin müvafiq komissiyasına müraciət edib. Onun sözlərinə görə, ögey atası onu və xəstə anasını mütəmadi olaraq, döyüb.

Hadisə ilə bağlı Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb. Ailə kirayədə yaşadığı və tez-tez ərazini dəyişdiyi üçün onları tapmaq bir az çətinləşib. Ancaq polislər İcra Hakimiyyəti və QHT nümayəndələri ilə birgə ailənin yaşadığı mənzili taparaq, baxış keçiriblər. Bu zaman uşağın iddiaları təsdiqini tapıb. Uşağın bədənində döyülmə əlamətləri aşkar görünüb. Həmçinin tibbi ekspertiza da faktı təsdiq edib.

Hazırda azyaşlının atasına əməllərinə görə, qiymət verilməsi üçün adı çəkilən şöbədə araşdırma aparılır. Azyaşlı və anası isə İcra Hakimiyyəti ilə QHT-nin nəzarətindədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR