İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda aptekdə pul oğurlayıb qaçan şəxs saxlanıldı - ANBAAN VİDEO

998 08.01.2024 23:03 Hadisə A A

Bakının Nizami rayonunda aptekdən dərman alan şəxsin 100 manatını soyğunçuluq yolu ilə əlindən alan şəxs polislər tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə paytaxt sakini olan bir nəfər müraciət edərək bildirib ki, rayon ərazisindəki apteklərdən birindən dərman alan zaman tanımadığı şəxs onun pul kisəsində olan 100 manatı soyğunçuluq yolu ilə əlindən alaraq hadisə yerindən qaçıb.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, 1988-ci il təvəllüdlü Kamil Dadaşov saxlanılıb. Həmin şəxsin üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik maddə - heroin aşkar olunaraq götürülüb. Soyğunçuluq edən şəxsin qanunsuz hərəkətləri aptekdə quraşdırılan kameralar vasitəsilə qeydə alınıb.

Ətraflı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR