İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ana və iki övladını öldürən müəllimə hökm oxundu  

1695 09.02.2023 17:49 Kriminal A A

Bakıda ana və iki azyaşlı övladını qətlə yetirməkdə təqsirləndirilən Əhəd Əliyevə hökm oxunub.

Musavat.com xəbər verir ki, Əhəd Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin fevral ayında Nizami rayonu ərazisində Gülnar Qaraxanovanın və iki azyaşlı övladının qəsdən öldürülməsi faktı ilə bağlı zərərçəkmişin qohumu Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 181.2.4, 181.2.5, 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunun.

2022-ci ilin fevralın 20-si saat 14 radələrində Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanlıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qohumu 1981-ci il il təvəllüdlü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

43 yaşlı Əhəd Əliyev Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. O, bir müddət Sabirabad rayon 8 saylı məktəbdə müəllim işləyib, sonrada isə Saatlı rayon Novruzlu kənd məktəbinə direktor təyin edilib. O, direktor işlədiyi zaman külli miqdarda borca girib. Belə ki, bir neçə müəllimin adından kredit götürüb, lakin krediti bağlaya bilməyib. Qətldən 3 gün əvvəl Gülnar Qaraxanlı anasına zəng edərək, “evin pulunu hazırlamışıq” deyib. Məlumata əsasən, Gülnar və həyat yoldaşı Fəsahət ev almağa hazırlaşırlarmış. Ə. Əliyev də onlarda pul olduğunu bilib və məlum dəhşətli qətli törədib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR