İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Sumqayıt yolunda qəza törədib qaçdı, polis yaxaladı - ANBAAN VİDEO

878 24.11.2023 13:16 Hadisə A A

Qəza törədərək hadisə yerindən qaçan daha bir sürücü aşkar edilərək saxlanılıb.

Bu barədə məlumatı bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev feysbuk hesabında paylaşım edib:

"Bakı-Sumqayıt yolunda "Opel" markalı 99-GC-845 nömrə nişanlı avtomobili vuraraq hadisə yerindən yayınan sürücünün aşkar edilərək məsuliyyətə cəlb edilməsi barədə 44 günlük Vətən müharibəsi iştirakçısı Vəfadar İsmayılov tərəfindən 050-8000-902 whatsapp nömrəsinə daxil olmuş müraciət əsasında Baş DYP İdarəsinin Avtonəqliyyat vasitələrinin axtarışı şöbəsində araşdırma başlanılmışdır. Araşdırma zamanı qeyd olunan nəqliyyat vasitəsinin "Ravon" markalı 99-DX-976 nömrə nişanlı avtomobil olduğu və hadisəni törədinin 1995-ci il təvəllüdlü Abbaszadə Röyal Qalib oğlu olduğu aşkar edilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində Röyal Abbaszadə müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülmüşdür. Bir daha bütün sürücülərdən bu kimi hallara yol verməmələrini tələb edir, yol nəqliyyat hadisəsi zamanı qanuna uyğun hərəkət etmələrini xahiş edirik".

Sözügedən görüntüləri təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR