İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Sumqayıt qatarında partlayış olmayıb - RƏSMİ AÇIQLAMA

850 22.02.2024 21:52 Dünya A A

Sosial şəbəkələrdə Bakı-Sumqayıt qatarında qəza olması ilə bağlı xəbərlər yayılıb. 

Musavat.com bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat alıb. 

Məlumatı olduğu kimi dərc edirik: 

"Bu gün axşam saatlarında Bakı-Sumqayıt istiqamətində hərəkət edən 6623 saylı sürətli sərnişin qatarı Pirşağı sahəsində olarkən gərginliyin verilməsində yaranmış texniki nasazlığa görə dayanmalı olub.

Əraziyə cəlb olunan ADY-nin texniki heyətinin dəstəyi ilə nasazlıq aradan qaldırılmış və qatarın hərəkəti bərpa olunmuşdu. Sözügedən hadisə ilə əlaqədar olaraq həmin istiqamətdə hərəkət edən qatarların qrafikində qismən kənara çıxmalar müşahidə olunmuşdur.

Bəzi saytlarda qatarın qəzaya uğraması, partlayışın baş verməsi və ya xəsarət alanların olması ilə bağlı paylaşılmış xəbərlər həqiqəti əks etdirmir". 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR