İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sakini Qubada 6 kq narkotiklə tutuldu

488 15.11.2022 12:52 Kriminal A A

Bakı sakini Qubada 6 kiloqram narkotiklə tutulub.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Bakı şəhər sakini İdris Qənbərov saxlanılıb.

Həmin şəxsin üzərinə baxış keçirilən zaman 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana və 1 kiloqramdan çox heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İdris Qənbərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR