İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Qazax yolunda ağır QƏZA: Ölən və yaralananlar var

958 30.12.2022 09:54 Hadisə A A

Bakı-Qazax şosesində ağır yol qəzası baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə şosenin Qaradağ rayonu ərazisinə düşən hissəsində - Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

1984-cü il təvəllüdlü Əsədullayev Emin Nadirşah oğlunun idarə etdiyi “VAZ-21014” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan “KamAz” markalı yük maşınına çırpıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü E.Əsədullayev və sərnişin - 1993-cü il təvəllüdlü Şahbabayev Xanbaba Sübhan oğlu ağır bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Avtomobildə olan digər sərnişin (ad və soyadı dəqiqləşdirilir) hadisə yerində ölüb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR