İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı məktəblilərinin ixtirası "TEKNOFEST"in final mərhələsinə QƏBUL OLUNDU FOTO

909 27.05.2022 09:37 Gündəm A A

Müasir Təhsil Kompleksinin şagirdlərinin hazırladıqları layihə- ixtira "TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının final mərhələsinə qəbul olunub.

Layihənin ideya müəllifi Pərvin Əliyeva Müsavat.com-a açıqlamasında bildirdi ki, sinif yoldaşları ilə birgə, fizika elmləri doktoru Mətanət Mehrabovanın elmi rəhbərliyi altında hazırladıqları «gF Wind» (gFuture) layihəsi “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının final mərhələsinə qəbul olunub və final mərhələsində sərgilənən texnoloji layihələr siyahısında nümayiş etdirilir:

“Layihə şaquli ox külək turbinlərinin bir sıra quruluş dəyişiklikləri ilə optimallaşdırılması, şəhər mühitində istifadəsi və yaşayış komplekslərinin istilik təchizatı kimi sistemlərinə qoşulması ilə alternativ enerji mənbələrindən olan külək enerjisindən daha əlverişli və səmərəli istifadəni təmin edir. Məqsədimiz səmərəli və optimal külək turbini yaratmaqdır. Külək enerjisi alternativ enerji mənbələrindən ibarətdir. Biz də ondan şəhər mühitində istifadə etməyi nəzərdə tuturuq. Biz sudan istifadə edərək sürtünməni azaltdıq. Nəticədə cihazın effektivliyini daha da artırdıq. Cihazımız binaların üzərində qurulur. Yaşayış komplekslərinin müxtəlif sistemlərinin istilik təchizatı , elektrik tələbatını ödəmək üçün nəzərdə tutulub. Artıq final mərhələsinə çıxmışıq, artıq yarışanlardan biriyik. Dörd gün ərzində cavablar müəyyən olunacaq”.

Afaq Mirayiq,
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR