İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Brüsseldən konkret güzəştlər gözləyir - İDDİA

971 25.10.2023 17:56 Region A A

Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında planlaşdırılan görüşün baş tutmaması ilə bağlı Ermənistan tərəfindən reaksiyalar gəlməyə davam edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Demokratik Alternativ Partiyasının sədri Suren Surenyants feysbuk səhifəsində yazıb.

“Ən azı iki görünən səbəbi sadalaya bilərəm. Birincisi, Avropa Birliyi Ukrayna və İsrail müharibələri ilə həddindən artıq yüklənib və hazırda regionumuz artıq dünya səhnəsində prioritet sayılmır. İkincisi, AB-nin Bakını bu görüşdə iştiraka razı salmaq arzusu və ya imkanı yoxdur. Belə olan halda, ola bilsin ki, Bakı Brüsseldən (eləcə də İrəvandan) konkret güzəştlər gözləyir”, - deyə Surenyants qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR