İnsanlara hürriyət, millətlərə istiqlal!

Bahalaşma hansı sahələrdə davam edəcək? - Natiq Cəfərli  "Canlı debat"da

1295 01.02.2023 13:22 Gündəm A A

Tehran İsfahandakı hərbi zavoda hücumu cavabsız qoymayacaq. Bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini deyib.


Meşkini Ukrayna Prezidentinin müşaviri Mixail Podolyakın Kiyevin hücumda iştirakı ilə bağlı eyhamını da şərh edib:

“Onlar gözlənilməz heç nə deməyiblər. Ukrayna hakimiyyətinin Qərbin hegemonluğu ilə uzlaşan mövqe tutması bizim üçün sürpriz deyil”, - o deyib.
Qeyd edək ki, dekabrın 24-də Podolyak İranın dron zavodlarına zərbə endirməyə çağırmışdı. O, bəyan etmişdi ki, İran Rusiyaya raket və PUA-ların tədarükünü artırmağı planlaşdırır və beynəlxalq sanksiyalar institutunu həyasızcasına aşağılayır. Ukrayna hesab edir ki, İran Rusiyaya Şahid-136 və Mühacir-6 pilotsuz təyyarələri verir.

Xatırladaq ki, yanvarın 29-na keçən gecə naməlum PUA-lar İsfahanda İran Müdafiə Nazirliyinin obyektlərindən birinə hücum edib. Daha sonra Azərşəhr şəhərində fabrikdə yanğın və Kərəcdə partlayışlar qeydə alınıb. Tehran hücumlarda və hərbi əməliyyatlarda rəsmi olaraq İsraili günahlandırıb.

Irandan gözlənilən hədə gəldi. Bundan sonra nə gözləməliyik? Proseslər hara doğru gedir?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da sual və rəyləri ilə iştirak edə bilərlər.
Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

 


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR