İnsanlara hürriyət, millətlərə istiqlal!

Bağça uşağı təsadüfən böyük xəzinənin izinə düşdü

2449 16.05.2026 00:52 Dünya A A

Almaniyanın paytaxtı Berlində uşaq bağçasının yaxınlığındakı oyun meydançasında diqqətçəkən hadisə baş verib.

Musavat.com xəbər verir ki, bağça uşaqlarından biri qum meydançasının yaxınlığındakı kolluqda gümüş sikkələr tapıb. Daha sonra həmin ərazidə torpağa basdırılmış gizli saxlanc yeri aşkar olunub.

Tapıntılar arasında qızıl külçə, zinət əşyaları, bahalı saatlar və 6 min avro nağd pulun olduğu bildirilir.

Bağça müəlliməsi uşaqlardan birinin atası ilə birlikdə qiymətli əşyaları toplayaraq polisə məlumat verib.

Hazırda hüquq-mühafizə orqanları aşkar olunan əşyaların oğurluq və ya digər cinayət hadisələri ilə əlaqəsinin olub-olmadığını araşdırır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR