İnsanlara hürriyət, millətlərə istiqlal!

Azyaşlı qardaşlar siçan dərmanını “jelibon” bilərək yeyib öldülər- Bakıda DƏHŞƏT

1822 10.11.2022 19:02 Gündəm A A

Bakıda dəhşətli hadisə baş verib.

Musavat.com manset.az-a istinadən xəbər verir ki, Bakının Ramana qəsəbəsində azyaşlı iki qardaş siçan dərmanı yeyərək zəhərlənib ölüblər. Hadisə baş verən evin qonşuları bildiriblər ki, 5 yaşlı E.Ə. və 3 yaşlı O.Ə. səhvən siçan dərmanını “jelibon” bilərək yeyiblər.

Sonra hər iki qardaş qəfil yerə yıxılıblar və dünyasını dəyişiblər.

Qeyd olunur ki, ailənin onlardan başqa övladları yoxdur. Ev yiyəsi həmin dərmanı siçanları məhv etmək üçün istifadə edirmiş.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR