İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azovstal" zavoduna hücumun dayandırılmasını əmr edirəm" - Putin

2284 21.04.2022 12:09 Gündəm A A

Rusiya Prezidenti Vladimir Putin Kremldə müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. AzVision.az xəbər verir ki, o, Mariupolda 2 minə yaxın ukraynalı əsgərin mühasirəyə alındığı “Azovstal” zavoduna hücum etməyi yersiz sayıb.

"Mən sənaye zonasına hücumu məqsədəuyğun hesab etmirəm. Mən onun ləğv edilməsini əmr edirəm", - Putin deyib.

Rusiya lideri “Azovstal”a hücumun ləğv olunmasını tapşıraraq bu qərarı rus hərbçilərinin həyatını xilas etmək mülahizələri ilə izah edib.

Onun sözlərinə görə, ərazidəki katakombalara girməyə ehtiyac yoxdur. Azovstalda sənaye zonasını bağlamaq lazımdır ki, oradan “milçək belə uçmasın”.

Qeyd edək bu gün müdafiə naziri Sergey Şoyqu Rusiya prezidentinə məruzə edib ki, Mariupol bütövlükdə Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına keçib. Lakin silahlılar metallurgiya zavodunda məskunlaşıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR