İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərişıq” ASC-nin sabiq əməkdaşlarına cinayət işi açılıb

876 22.06.2022 11:20 Hadisə A A

“Azərişıq” ASC-nin sabiq əməkdaşlarına cinayət işi açılıb.

Musavat.com xəbər verir ki,bu barədə "Report"a Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Bildiirlib ki, ASC-nin Mingəçevir Mərkəzi “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin sabiq əməkdaşları Rəsul Abuşov və Rəfael Rəhimovun vətəndaşdan pul tələb edib almaları faktı ilə bağlı Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Belə ki, aparılan istintaqla R.Abuşov və R.Rəhimov tərəfindən tamah məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə etməklə Yevlax rayon sakininin fərdi yaşayış evinə baxış keçirilərkən sayğacdankənar işıq xəttinə qoşulma müəyyən edilsə də, bununla bağlı akt tərtib edilməməsi müqabilində vətəndaşdan rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

R.Abuşov və R. Rəhimova CM-nin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR