İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azəriqaz” Abşeronda sahibkarlarla görüş keçirəcək

779 22.11.2022 12:57 Sosial A A

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü paytaxtın Abşeron rayonunda noyabrın 24-də keçiriləcək.

Musavat.com-un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Abşeronda “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla keçiriləcək görüş İqtisdadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə təşkil olunacaq.

Aksiya Novxanı qəsəbəsi, Novxanı bələdiyyəsinin akt zalında baş tutacaq. “Səyyar qəbul otağı” saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR