İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlıların Türkiyədə xilas edilmə anı - ANBAAN VİDEO

784 27.11.2023 18:02 Hadisə A A

Türkiyənin Artvin vilayətinin Hopa rayonunda azərbaycanlıların da olduğu quru yük gəmisi sahilə çıxıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəmidə olan 13 heyət polad kəndirlərlə təxliyə edilib.

Belə ki, güclü fırtınada meydana gələn nəhəng dalğalar səbəbindən Palau bayraqlı quru yük gəmisi "FR Pearl" Artvinin Hopa rayonu sahillərində sahilə sürüklənib. Daha sonra bölgəyə, Türkiyənin Sahil Təhlükəsizlik, polis, xilasetmə və sağlamlıq qüvvələri cəlb edilib.  

Komandolar 6-sı türk, 5-i azərbaycanlı və 2-si indoneziyalı olmaqla, 13 ekipaj üzvünün təxliyəsi üçün işə başlayıb.

Şəxsi heyət gəmi ilə quru arasından çəkilmiş polad kəndirlərlə sahilə çıxarılıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR