İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlıların toyunda silahdan istifadə olundu, polis işə qarışdı – VİDEO

1395 31.07.2022 08:57 Hadisə A A

Marneuli bələdiyyəsinin İmir kəndi ərazisində toy karvanı zamanı qanundan kənar hərəkətlərə yol verilib.

Bu barədə sosial şəbəkələrdə video kadrlar yayılıb.

Yayılan kadrlarda görünür ki, toy karvanında gənclər insanların olduğu ərazidə silahdan istifadə edir və avtomobillə qanunsuz drift hərəkətlərə yol verirlər.

Məlumata əsasən, artıq sözügedən faktla bağlı polis araşdırmaya başlayıb.

Gürcüstan DİN-dən bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriş aldıqdan dərhal sonra faktla bağlı araşdırmalara başlayıblar.

Polis əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində qanun pozucuları qısa müddətdə müəyyən edilərək cərimələniblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR