İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlılar Pezeşkianın qələbəsini belə qeyd etdilər - VİDEO

10754 06.07.2024 08:45 Region A A

Xəbər verdiyimiz kimi, islahatçı Məsud Pezeşkian İranda keçirilən prezident seçkilərinin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəlib. 

30,53 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən, müasir İran tarixində doqquzuncu seçilmiş prezident olan Pezeşkiyan 16,384 milyon səs toplayıb – səslərin azı 53,6 faizi. İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili 13,538 milyon – 44,3% səs toplayıb.

Musavat.com xəbər verir ki, İranın paytaxtı Tehranda, eləcə də Güney Azərbaycanın Təbriz, Urmiya kimi şəhərlərində seçicilər Azərbaycan əsilli Məsud Pezeşkianın prezident seçilməsini coşqu ilə qeyd edirlər.

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, Güney azərbaycanlılar küçələrə axışıb, maşınlarını yolda saxlayıb, musiqi sədalarını yüksəldib və rəqs ediblər.

Musavat.com sözügedən görüntüləri təqdim edir:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR