İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı oyunçu postsovet ölkələrinin ən bahalı futbolçularından biridir

1362 05.04.2022 19:35 İdman A A

Postsovet məkanının UEFA-ya üzv olan ölkələrinin ən bahalı futbolçularının siyahısı müəyyənləşib.

“Report” “Transfermartkt”a istinadən hazırladığı “11-lik”də Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Mahir Emreli də düşüb. O, Belarusu təmsil edən Vitali Lisakoviçlə birlikdə 7-8-ci yerləri bölüşdürür.

25 yaşlı hücumçu ölkənin ən bahalı oyunçusu kimi göstərilib. Emreliyə 1,5 milyon avro qiymət qoyulub.

1. Ukrayna - Ruslan Malinovski (“Atalanta”, İtaliya) - 30 milyon avro;

2. Rusiya - Aleksandr Qolovin (“Monako”, Fransa) - 25 milyon avro;

3. Gürcüstan - Xviça Kvaratsxeliya (”Dinamo”, Batumi) - 16 milyon avro;

4. Ermənistan - Henrix Mxitaryan (“Roma”, İtaliya) - 10 milyon avro;

5. Qazaxıstan - Bəxtiyar Zaynutdinov (MOİK, Rusiya) - 4 milyon avro;

6. Moldova - Oleq Ryabçuk (“Olimpiakos”, Yunanıstan) - 3 milyon avro;

7-8. AZƏRBAYCAN - Mahir Emreli (“Dinamo”, Zaqreb, Xorvatiya) - 1,5 milyon avro;

7-8. Belarus - Vitali Lisakoviç (“Rubin”, Rusiya) - 1,5 milyon avro;

9-10. Latviya - Vladislav Qutkovski (“Rakuv”, Polşa) - 1,2 milyon avro;

9-10. Litva - Gedrüs Arlauskis (klubsuz) - 1,2 milyon avro;

11. Estoniya - Rauno Sappinen (“Pyast”, Polşa) - 700 min avro.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR