İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı jurnalist Makronu suallarla "döydü" - Oksfordda maraqlı deyişmə

2669 19.07.2024 07:57 Gündəm A A

Böyük Britaniyanın Oksford şəhərində keçirilən "Avropa siyasi birliyi” 4-cü Zirvə toplantısı rəngli fraqmentlərlə zəngin olub.

Musavat.com xəbər verir ki, onlardan biri də ARB 24-ün aparıcısı və departament rəhbəri Çinarə Nurməmmədova ilə Fransa prezidenti Emanuel Makron arasında yaşanan debatdır.
Mətbuat konfransı keçirdən və sülhdən (Azərbaycan - Ermənistan arasında) danışan Makrona Çinarə Nurməmmədova tərs sual verir: "Əgər siz sülh tərəfdarısınızsa, o zaman Ermənistanı niyə silahlandırırsız?"

Videodan da göründüyü kimi, Makron "təkərə düşür". Görünən budur ki, məhz bu mövzuda onun üzünə sual verən olmaylb.
Amma özünü toparlayaraq, yenə cavabını verir.

Onun dediklərinin məzmunu belədir: "Bu, təbiidir. İki suveren ölkə müdafiə sahəsində əməkdaşlıq edir. Hansısa bir dövlətin özünü silahlandırması normal haldır..."
Daha sonra Makron sanki etdiklərinə haqq qazandırırmış kimi, Azərbaycanı arqument kimi ortaya atır: "Biz görürük ki, Azərbaycan da son illərdə özünü silahlandırır. Bu baxımdan, Fransaya qarşı hansısa iddia ilə çıxış etmək doğru olmaz".
Makronun Ermənistana münasibətdə ikili standartı bu dəfə də özünü göstərir. O, işğalçı ilə işğala məruz qalan iki Qafqaz ölkəsini eyniləşdirir və ənənəvi mövqeyini davam etdirir.

Xatırladaq ki, Oksford şəhərində keçirilən "Avropa siyasi birliyi” 4-cü Zirvə toplantısında Avropanın əksər ölkələrinin dövlət başçıları ilə yanaşı, Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR