İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı biznesmenin idmançı oğlu 3 nəfəri DÖYDÜ

1953 08.09.2023 21:43 Kriminal A A

Qədim döyüş sənəti - pankration üzrə Moskvanın beşqat çempionu Zöhrab Qələndərov paytaxtın Marino rayonunda üç nəfəri döyüb, lakin iş adamı atası ona məsuliyyətdən yayınmağa kömək edir.

19 yaşlı idmançı Myaçkovski bulvarındakı barda həmyaşıdlarını təhqir etməyə başlayıb. Şifahi mübahisə davaya çevrilib. Qələndərov gənclərdən birini arxadan vurub və huşunu itirərək yıxılanda başı asfalta dəyib.

Sonradan həkimlər ona qanaxma ilə açıq kəllə-beyin travması diaqnozu qoyublar. Çempion ikincinin iki dişini sındırıb və üçüncünün başına güclü zərbə endirib.

Bildirilir ki, iş polisə qədər gedib çıxanda idmançının atası, azərbaycanlı əsilli iş adamı Akif Qələndərov hadisə ilə bağlı yazılan xəbəri daha yumşaq yazıya dəyişməyə nail olub. Zöhrabın vəkili zərərçəkənə 45 min rubl (450 dollardan çox) təklif etsə də, lakin zərərçəkmiş buna razılaşmayıb və ədaləti bərpa etmək niyyətindədir.//Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR