İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanla danışıqlar onlayn formatda davam edir” -Paşinyan

1060 20.12.2023 10:26 Siyasət A A

“Azərbaycanla danışıqlar prosesi davam edir, o cümlədən onlayn formatda...”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində bildirib.

"Danışıqlar prosesi davam edir, bilirsiniz ki, biz Azərbaycana öz təkliflərimizi vermişik, indi onların cavabını gözləyirik".

Nikol Paşinyan Azərbaycan tərəfinin ittihamlarına da toxunub, Ermənistanın “sülh müqaviləsi” ilə bağlı təkliflərə cavabları niyə gecikdirdiyini şərh edib.

“Bizi 2 ay cavab verməməkdə ittiham etdilər, bəs bunun səbəbi nə idi? Təkliflərimiz hazır idi, mütəmadi olaraq görüşlər planlaşdırılırdı, lakin Azərbaycan ard-arda 4 görüşdən imtina etdiyi üçün onlar təxirə salındı. Hər görüş bu danışıqlar paketinin transferinin bir hissəsi idi. Amma indi də hesab edirəm ki, danışıqlar sülh müqaviləsinin mətninə uyğun olaraq davam edir. Bu, üzbəüz müzakirə olmasa belə danışıqlar hesab olunur”, - Nikol Paşinyan bununla bağlı bildirib.

O əlavə edib ki, İrəvan bütün təmasları dəstəkləyir. Baş nazir yeni əlaqələrin yaradıla biləcəyini də istisna etməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR