İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın tanınmış pedaqoqu vəfat edib - FOTO

1218 31.07.2022 18:48 Hadisə A A

Azərbaycanın tanınmış pedaqoqu, Bakının 132 saylı məktəbinin sabiq direktoru Aliyə Təhmasib vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə teleaparıcı Saleh Bağırov bildirib.

A.Təhmasib 75 yaşında dünyasını dəyişib.

Aliyə Təhmasib 1947-ci il martın 13-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Uzun illər 132 nömrəli məktəbə ləyaqətlə rəhbərlik edən Aliyə Təhmasib yüksək dövlət mükafatları ilə yanaşı, bir sıra diplom və fəxri fərmanlara da layiq görülüb. 2007-ci ilin mart ayında Aliyə müəllim təhsilimizin inkişafındakı böyük xidmətlərinə görə və ömrünün 60, əmək fəaliyyətinin 40 ili tamam olması münasibətilə Prezidentin fəxri təqaüdünə layiq görülüb.

Aliyə Təhmasib Respublika Təhsil Şurasının üzvü idi.

2010-cu il sentyabrın 15-də uzun müddətli təmirə dayanmış 132 saylı məktəbin aşılışından bir neçə gün sonra fəxri təqaüdə yola salınıb.

O, dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilib.

d545abbd-75a6-3439-8711-04cf25a99a53_850.jpg (58 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR