İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın qadın hakimləri beynəlxalq oyuna təyinat alıblar

390 28.02.2024 21:51 İdman A A

FIFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb.

Musavat.com-un məlumatına görə, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) saytında xəbər verilib.

Bildirilir ki, o, bu gün Türkiyənin Antalya şəhərində yerləşən “Atatürk” Olimpiya Stadionunda keçiriləcək qadın futbolçulardan ibarət Türkiyə - Rumıniya yoldaşlıq görüşünün baş hakimi olacaq.

Ona Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR