İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın bir qrup tanınmış siması Bakıdan qalxan təyyarə ilə Füzuli rayonuna gedib

1881 10.05.2023 09:03 Son xəbər A A

Musavat.com xəbər verir ki, Azərbaycanın bir qrup tanınmış siması Bakıdan qalxan təyyarə ilə Füzuli rayonuna gedib.

Təyyarə Füzulinin hava limanına problemsiz şəkildə eniş edib. Buradan da avtobuslarla, "Zəfər yolu"ndan keçərək, Şuşaya yollanıblar. Məqsəd Şuşada start götürən "Xarıbülbül" Festivalında iştirak etməkdir. Festivalın təşkilatçısı Heydər Əliyev Fondu və Mədəniyyət nazirliyidir.

Hazırda Azərbaycan Prezidenti və ölkəmizin 1-ci vitse-prezidenti Şuşa şəhərindədirlər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qələbə qazanan Azərbaycan dövləti artıq 3-cü ildir ki, ənənəvi "Xarıbülbül" Musiqi Festivalını bərpa edib və bunu Şuşa şəhərində həyata keçirdir. Festivala Azərbaycandan və xarici ölkələrdən qonaqlar dəvət olunub.

"Yeni Müsavat Media Qrupu"nun rəhbəri Rauf Arifoğlu da qonaqlar sırasındar və izlədiyiniz video parçaların müəllifidir. Gün ərzində onun canlı yayınlarını, video reportajlarını , TV Musavat üzərindən efirə qoşulmalrı izləyəcəksiniz.



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR