İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanı Ukraynaya çevirmək planı: “Nə qədər ki İlham Əliyev prezidentdir...” 

1365 21.06.2023 13:30 Siyasət A A

Rusiyanın siyasi kluarlarında və mediasında narahatlıq hökm sürür - birdən Vaşinqton Bakını regionda əsas müttəfiqi edər; deputat: “Azərbaycanın ABŞ-la müttəfiqliyi reallaşır”

ABŞ-ın Cənubi Qafqazda fəallaşması Rusiya mediasında ciddi narahatlığa və bəzi təhlillərə yol açıb. Məsələn, “Novıye İzvestiya” qəzetinin yazarı Sergey Kron da maraqlı məqamlara toxunur:

“Vaşinqton Azərbaycana doğru yeni dönüşə başlayıb. Prezident Co Baydenin fikrincə, Rusiyanı Cənubi Qafqazdan qovmaq və Bakını regionda əsas müttəfiq etməyin vaxtı çatıb. Buna görə də Azərbaycana erməni lobbisi ilə heç bir şəkildə bağlılığı olmayan Mark Libbini səfir göndərmək qərarı verilib”. Məqalədə deyilir ki, bundan əvvəl Amerika Ermənilərinin Milli Komitəsi (ANCA) və ABŞ Konqresindəki nüfuzlu erməni lobbisi vəd etmişdilər ki, Libbi əlini “İncil”ə basaraq ABŞ-ın Azərbaycana silah satmayacağını vəd etməyənədək onun Bakıya səfir təyin edilməsinə imkan verməyəcəklər:

“Ağ Evin Azərbaycanda səfir vəzifəsinə namizədi Mark Libbi iyunun 12-də ABŞ senatorları qarşısında çıxış edib. O bildirirdi ki, Azərbaycandakı fəaliyyəti "ərazi bütövlüyü, suverenlik və regionun bütün sakinlərinin hüquq və təhlükəsizliyi" kimi məsələlərlə bağlı olacaq. Diplomatın dediyinə görə, Bakı və İrəvan arasında sülh müqaviləsinin əldə olunması ABŞ və Azərbaycan arasında daha dərin əlaqələrə yol açacaq, bu isə regionda sabitlik yaradacaq və münaqişədən fayda götürməyə çalışan rəqiblərin qarşısını alacaq. Libbi Konqresdə erməniyönlü mövqeyi ilə tanınan senator Bob Menendesin Laçın dəhlizi barədə sualına belə cavab verib: “Mən bu məsələyə qərəzli yanaşmaq istəmirəm və nəzərə alıram ki, bu çox mürəkkəb məsələni münaqişə tərəflərinin özləri həll etməlidir”.

“Vestnik Kavkaza” portalının baş təhlilçisi Andrey Petrov isə iddia edir ki, ABŞ Rusiya sülhməramlılarının amerikalı hərbçilərlə əvəz olunmasını istəyir: “Amma Azərbaycan öz ərazisində heç bir beynəlxalq missiyaya razılıq verməyəcək. ABŞ Azərbaycanı Cənubi Qafqazda əsas müttəfiqi edə bilməyəcək. Əksinə, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxaraq ABŞ-ın əsas müttəfiqi olacaq. Onda Azərbaycan Rusiyanın regiondakı yeganə müttəfiqi olacaq. Məsələ burasındadır ki, amerikalıların Bakıya təklif etmək üçün onun milli maraqlarından, qonşu Rusiya ilə iqtisadi və mədəni əlaqələrindən üstün olacaq heç nələri yoxdur. Gələcəkdə necə olacaq? Nə qədər ki, İlham Əliyev prezidentdir, heç nə dəyişməyəcək”.

Bəzi müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, Rusiya hakimiyyət dairələrində və Rusiya mediasında belə bir narahatlıq Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün ərəfəsinə təsadüf edib. Lakin Bakı strateji dilemma qarşısında deyil. Yəni bizim Ukrayna kimi Avroatlantik məkana açıq surətdə inteqrasiya etmək seçimimiz görünmür. Hakimiyyət anlayır ki, bu halda Azərbaycan Qərblə Rusiyanın növbəti toqquşma poliqonuna çevrilə bilər...

Asim Mollazadə: Hərbi cinayətlər törətmiş cəlladlar məsuliyyətə cəlb  olunmalıdır - 27.05.2022, Sputnik Azərbaycan

Asim Mollazadə

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycanın ABŞ-la müttəfiqliyi reallaşır: “Azərbaycanın siyasəti Amerikanın strateji maraqlarına uyğundur. Biz bugünlərdə Konqresdə, administrasiyada, müxtəlif araşdırma mərkəzlərində görüşlər keçirdik. Bu görüşlərdə Azərbaycanın siyasətini anlatdıq, qarşı tərəfdən də müsbət yanaşmanın şahidi olduq. ABŞ-ın bu istiqamətlərdə fikirləri ciddi şəkildə dəyişib. Nəhayət, ABŞ-da anlamağa başlayırlar ki, erməni diasporunun siyasəti Rusiyanın imperialist və İranın maraqları ilə üst-üstə düşür”. A.Mollazadə hesab edir ki, Azərbaycanın sülh istiqamətində atdığı addımlar Ermənistan tərəfindən qəbul olunmalıdır: “Amerika nəhayət ki, fikirlərində dəyişiklik edir. İranın və Rusiyanın addımları onların gözlərini açdı. Ermənistandakı hərbi cinayətkarlar, müharibə tərəfdarı olan ABŞ-dakı erməni diasporu hər kəsin gözünü açmaqdadır. Vaşinqtonda görürlər ki, onlar qan, faciə istəyir, Ermənistanda yaşayan xalqa qurbanlıq kimi baxırlar”.

ABŞ-la müttəfiqliyin Rusiya tərəfindən kəskin qarşılanacağına münasibət bildirən deputatın sözlərinə görə, Azərbaycan strateji seçim etmir: “Biz öz maraqlarımıza uyğun strateji seçim etmişik - qardaş Türkiyə ilə müttəfiqliyimiz var, İsraillə strateji tərəfdaşıq. Biz müstəqil ölkəyik, Rusiyanın diktəsi ilə hərəkət etmirik, İranın hədə-qorxularına da cavab verə biləcək dövlətik. Sadəcə, ABŞ-la maraqlar üst-üstə düşürsə, onları əməkdaşlığa dəvət edirik. Azərbaycanın ümumi xarici siyasət strategiyası əməkdaşlıq və tərəfdaşlıqdır. Əgər Rusiya əməkdaşlıq etmək istəyirsə, bərabərhüquqlu olmalıdır. Rusiya imperiyasını bərpa etmək istəyənlər Ukraynada qanlı savaş başlayıblar və nəticədə dünya təzyiq göstərir”. A.Mollazadə son vaxtlar bölgədə yaşanan gərginlikləri də Amerikanın sülh platformasına qarşı təxribat kimi qiymətləndirir: “Ermənistan sülhə məhkum olmalıdır. İrəvan ciddi addımlar atmalıdır. Çünki bu, onların yeganə xilas yoludur”.

Özləri də, çağırışları da rədd olunmalıdır”-

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadənin qəzetimizə dediyinə görə, rəsmi Bakı balanslaşdırılmış siyasət yürüdür. Partiya sədrinin fikrincə, Azərbaycan xüsusən İranın olduğu coğrafiyada ABŞ-la əlaqələrini yaxşılaşdırır: “Amma Rusiya ilə münasibətləri korlamaq, buranı poliqona çevirmək qəti şəkildə olmaz. Azərbaycan hazırkı balans siyasətini gücləndirməlidir və Türkiyə ilə strateji müttəfiqliyini artırmalıdır. Türkiyə də həm Rusiya, həm ABŞ-la balans siyasəti yürüdür. Təbii ki, Rusiyanın narahatlığı başadüşüləndir. Eyni zamanda Azərbaycan da Qərblə əlaqələri Rusiyanın əleyhinə çevirməyib. Moskva yaxşı görür ki, Bakının ABŞ-la münasibətləri üçüncü qüvvəyə qarşı deyil".

FUAD ƏLİYEV: Dilənçi maaşı alanlar, dilənçi təqaüdünə də məhkumdurlar -  Video

Fuad Əliyev

"Baydenin iki dəfə məktub göndərməsi, Vaşinqtonun vasitəçilik təşəbbüsünü xeyli dərəcədə ələ alması görünür ki, Rusiyada hansısa siyasi dairələri və onların nəzarətində olan medianı narahat edib”, - bunu isə ekspert Fuad Əliyev deyir. Onun sözlərinə görə, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq planı mövcuddur: “Lavrov və digərləri də oxşar fikirləri tez-tez səsləndirirlər. Ümumiyyətlə, Rusiya postsovet məkanında təsirlərinin azalmasından narahatdır. Amma Azərbaycan bu siyasətdə iştirak etmir. Biz son illərdə şimal qonşumuzla çox sağlam əlaqələr qurmuşuq. Yəni Rusiyanın bölgə ilə bağlı niyyəti ola bilər, amma bu, birbaşa Azərbaycana qarşı deyil. Xüsusən də Putinlə Əliyev arasında qarşılıqlı etimad mövcuddur. Bunu görüşlərdə, salamlaşanda, Qarabağda gedən proseslərdə görmək mümkündür. Əlbəttə, ABŞ və Fransa Rusiyanın yerini BMT egidası altında doldurmaq istəyir, amma Bakı buna əsla razılıq verməyəcək. Bu gün baş verənlər də mürəkkəb geostrateji oyunların nəticəsidir. Azərbaycan bu qarışıq hadisələrdən, çoxvektorlu proseslərdən baş çıxarmalıdır. Çünki cərəyan edən oyunlar heç də Ermənistan-Azərbaycan məsələsi deyil, region uğrunda qarşıdurmadır. Azərbaycan isə ABŞ-la münasibətləri Rusiyanı nəzərə almaqla inkişaf etdirir. Rusların həyəcanını anlamaq olar, ən yaxşısı qabağa düşüb yarımçıq qalan işləri reallaşdırmaqda ermənilərə təzyiq etsinlər”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR