İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan Rusiyaya daha 2 partiya yumurta ixrac olunub

543 19.01.2024 20:08 İqtisadiyyat A A

Azərbaycandan Rusiyaya daha iki partiya ərzaq yumurtası ixrac olunub.

Musavat.com xəbər verir ki, “Rosselxoznadzor”un yaydığı məlumata görə, 612 min ədəddən ibarət iki partiya yumurta yanvarın 19-da ölkəyə idxal edilib:

“Yanvarın 19-da Rusiyaya sonrakı satış üçün Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində daha iki partiya ərzaq yumurtası idxal edilib”.

Dekabrdan indiyədək Azərbaycandan Rusiyaya ixrac olunan yumurta sayı 3 milyon ədədə çatıb.

“Rosstat”ın məlumatına görə, 2023-cü ilin dekabrında Rusiyada toyuq yumurtası 2022-ci ilin eyni dövrü ilə müqayisədə 61,35 faiz bahalaşıb. Eyni zamanda, 2024-cü il yanvarın 10-dan 15-dək yumurta qiymətləri əvvəlki həftə ilə müqayisədə - 2023-cü ilin iyun ayından bəri ilk dəfə olaraq 0,2 faiz ucuzlaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR