İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan Ermənistana növbəti XƏBƏRDARLIQ

1587 17.03.2023 13:48 Son xəbər A A

“Artıq Azərbaycan öz ərazisində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində addımlar atmaqdadır”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazilriyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, Azərbaycan erməni sakinlərlə dialoq aparır və xoşniyyətli addım kimi bu çərçivədə növbəti görüşün Bakıda keçirilməsini təklif edib: “Ermənistan tərəfi isə bunun əksinə Qərbi Azərbaycan İcmasının dialoq təklifini tamamilə rədd edib. Bu isə Ermənistanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığının və ikiüzlü siyasət aparmasının göstəricisidir. Azərbaycan tərəfi Ermənistanın hər bir təxribatına qarşı beynəlxalq hüquq çərçivəsində bütün zəruri addımları atacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR