İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

1618 28.01.2024 15:50 Hadisə A A

Azərbaycan Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının sədri vəfat edib.

Miqrant Şurasının sədri Gökhan Çoban xərçəng xəstəliyindən dünyasını dəyişib.

Məlumata görə, müalicə aldığı "Emsay" xəstəxanasında vəziyyəti ağırlaşan G.Çoban bir neçə gün əvvəl reanimasiyaya yerləşdirilib.

Qeyd edək ki, o daha əvvəl də Rabitəbank ASC-də Pərakəndə Bankçılıq Departamenti Direktorun müşaviri olaraq işləyib.

G.Çoban 2022-ci ilin dekabrda Azərbaycan Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının sədri seçilib.

10 ildən çoxdur Azərbaycanda yaşayan G.Çoban azərbaycanlı xanımla evli idi. 

O, daha əvvəl xərçəng xəstəliyinə qalib gəlsə də, sonra yenidən bu xəstəlik onda baş qaldırmışdı.//Ölkə.az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR