İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda taxıl toxumuna olan tələbatın 70%-ni yerli istehsal ödəyir

563 14.09.2023 15:08 İqtisadiyyat A A

Azərbaycanda toxum tələbatının ödənilməsində yerli toxumçular ildən-ilə daha çox paya malik olmağa başlayıblar. Tələbatın təxminən 70 faizdən çoxu yerli toxumçuların payına düşür".

Musavat.com
xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Hacıqabul rayonunda təşkil edilən Aqrar İnnovasiya Festivalı zamanı jurnalistlərə açıqlamasında Taxılçılar Assosiasiyasının İdarə heyətinin sədri Niyazi Əmirbəyov deyib.

O bildirib ki, Hacıqabulda ötən il respublika üzrə taxılçılıqda rekord məhsuldarlıq qeydə alınıb, 55 sentner nəticə əldə olunub:

WhatsApp Image 2023-09-14 at 15.08.24.jpeg (137 KB)

"Hacıqabul iqlim şəraiti və torpağa görə çətin rayondur. Əgər burada belə nəticə əldə edə biliriksə, bu o deməkdir ki, kənd təsərrüfatı sektorunda irəliləyişlər olacaq. Məhsul subsidiyaları mexanizmini xüsusilə vurğulamaq istəyirəm. Azərbaycanda ərzaqlıq buğdanın miqdarının artırılması üçün bu önəmli addımdır. Növbəti illərdə müasir suvarılma sistemlərinin quraşdırılması, yeni texnikanın alınması üçün həvəsləndirici tədbirlər davam etdiriləcək".

N. Əmirbəyov həmçinin, qeyd edib ki, keçən illə müqayisədə bu ilki  festival təkcə, toxum sərgi satış yarmarkası formatında deyil, təkmilləşmiş aqrar innovasiya formatında keçirilib:

"Artıq bura gələn fermerlər, kənd təsərrüfatı işçiləri toxum növləri və sortları ilə tanış olmaqla yanaşı, ümumiyyətlə aqrar sektordakı yeniliklərlə, rəqəmsal texnologiyalarla tanış olmağa imkan tapdılar. Dövlət başçısının önümüzdə qoyduğu ən önəmli hədəflərdən biri ərzaq və taxıl təhlükəsizliyinin təmin olunmasıdır. Keyfiyyətli toxum yüksək məhsuldarlıqlı məhsul üçün əsas zəmindir".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR