İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda “Survivor” təşkil edə bilərik - Acun

956 22.10.2023 23:02 Şou-biznes A A

“Seminarda insanlara mühüm mesajlar verəcəyəm”.

Bu sözləri jurnalistlərə açıqlamasında türkiyəli iş adamı Acun İlıcalı deyib.

O, seminarda xatirələrindən bəhs edəcəyini dilə gətirib:

“Allah mənə hər kəsə nəsib etməyən şeyləri verdi. Keçmişimdə çox acı var. Acılarımın ağırlığı uğurlarımdan daha çoxdur. İnsanlara çox mühüm mesajlar verəcəyəm. Çünki həyatın iki tərəfini yaşamışam, həm dibini, həm də zirvəsini görmüşəm. Seminarda xatirələrimdən bəhs edəcəyəm. Mən müxbirlik həyatımdan sonrakı hissəni danışacağam”.

A.İlıcalı sonda Azərbaycan ilə bağlı planlarından da söhbət açıb:

“Azərbaycanla bağlı layihələr düşünürük. Layihələr olmasını istəyərəm. Çox istəyərəm ki, burada bir şou proqram edək. “Survivor”un yarımfinalını Azərbaycanda təşkil edə bilərik. Niyə də olmasın? Burada həm yaxşı insanlar çoxdur, həm də bizə böyük maraq var”.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR