İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ŞOK: qadını öldürüb əkin sahəsinə atdılar - Polis iki nəfəri saxladı

1661 27.03.2026 19:31 Kriminal A A

Ağsuda törədilən qətlin üstü açılıb.

Musavat.com Report-a istinadla xəbər verir ki, martın 23-də rayonun Muradlı kəndində əkin sahəsində üzərində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb.

Meyitin rayon sakini Zahirə Şükürovaya məxsus olması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər – 1977-ci il təvəllüdlü Ə.Sahabov və 1977-ci il təvəllüdlü S.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər zərərçəkmişlə yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək qətlə yetiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR