İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda polisdən qaçan sərxoş sürücü belə yaxalandı - ANBAAN VİDEO

809 22.11.2023 18:08 Hadisə A A

Gəncədə sürücü ilə polis arasında insident yaşanıb.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisə ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, görüntülərdəki sürücü sərxoş vəziyyətdə olub:

"Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları inzibati ərazilərində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidmət aparan zaman VAZ markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb.

Bu zaman sürücünün sərxoş olması barədə əsaslı şübhələr yarandığına ona müayinədən keçməli olduğu bildirilib. Lakin sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hadisə yerindən yayınmağa çalışıb. Polis əməkdaşlarının qətiyyətliliyi və çevikliyi nəticəsində sürücü saxlanılıb. Avtomobil mühafizə olunan duracağa yerləşdirilib sürücü barəsində tabe olmadığına və sərxoş halda avtomobil idarə etdiyinə görə barəsində protokol tərtib olunub".

Sözügedən videonu təqdim edirik:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR