İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda məktəbli özündən 12 yaş böyük şəxsi bıçaqlayıb

742 29.01.2023 13:13 Kriminal A A

Şəkidə 11-ci sinif şagirdi özündən 12 yaş böyük şəxsi bıçaqlayıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

Şəki şəhər sakinləri olan 2006-cı il təvəllüdlü Yəhyə Məmmədov və 1994-cü il təvəllüdlü Xəyyam Adışirinov arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib.

Mübahisə zamanı Şəki şəhər məktəblərindən birinin 11-ci sinif şagirdi olan Y. Məmmmədov üzərində olan bıçaqla X. Adışirinova xəsarət yetirib. Hadisə zamanı bıçaq xəsarəti alan X.Adışirinov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli sayılan məktəbli Y.Məmmədov Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Şəki ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR