İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda məktəbdə şagird digərini bıçaqladı - VİDEO

1171 13.04.2022 09:35 Kriminal A A

Siyəzən rayonu, Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, məktəbdə şagird digər şagirdi bıçaqlayıb.

Siyəzən rayon Təhsil şöbəsindən "Xəzər Xəbərə" bildirilib ki, aprelin 5-də məktəbdə X sinif şagirdi və IX sinif şagirdi arasında mübahisə yaranıb.

Məktəb direktorunun təlim- tərbiyə üzrə müavini Xavər Teymurova deyib ki, hadisə tənəffüs zamanı olub.

Hadisəni eşidən müəllimlər dərhal Siyəzən Regional Diqanostika Mərkəzinin Təcili-tibbi yardım şöbəsinə zəng vuraraq bıçaqlanan şagirdi xəstəxanaya çatdırıblar. Onu qəbul edən həkimin sözlərinə görə, xəsarət kürək nahiyyəsindən yetirilib.

Hazırda yaralı sagirdin müalicəsi Bakıda davam etdirilir.

Daxili İşlər Nazirliyinin regional qrupundan "Xəzər Xəbər"ə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən 9-cu sinif şagirdi saxlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR