İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda kişi 21 yaşlı arvadını baltalayıb - YENİLƏNİB

1885 15.11.2022 10:56 Kriminal A A

Cəlilabadda 21 yaşlı arvadını baltalayan Şəhriyar Bayramov tutulub.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev deyib.

O bildirib ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma)  maddəsilə cinayət işi başlanılıb.

Ş.Bayramov şübhəli şəxs qismində saxlanılıb və hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

xxx

Cəlilabad rayonunda 21 yaşlı qadın baltalanıb.

Musavat.com-un “Report”a istinadən xəbərinə görə, rayonun Yusublu kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda olduğu arvadı Səbinə Abbasovaya şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı balta ilə ağır xəsarətlər yetirib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR